Yaponiyalı tanınmış tennisçi “Uimbldon”da növbəti mərhələyə yüksəlib
London, 1 iyul, AZƏRTAC
Tennis üzrə “Uimbldon” çempionatının üçüncü gününün oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, qadınların şəxsi yarışında Yaponiya təmsilçisi Naomi Osaka ikinci mərhələdə Rusiya tennisçisi Anastasiya Qasanova ilə qarşılaşıb.
N. Osaka rəqibini inamlı oyunla 6:3, 6:2 hesabı ilə məğlub edib. Yapon tennisçi görüş ərzində üstün oyun nümayiş etdirərək növbəti mərhələyə vəsiqə qazanıb. Bu nəticə ilə o, “Uimbldon”dakı ən yaxşı göstəricilərindən birini təkrarlayıb.
Qələbə sayəsində Naomi Osaka mükafat fonduna daha 59 min funt sterlinq əlavə edib. Bununla da onun turnirdə qazandığı ümumi mükafat məbləği 185 min funt sterlinqə çatıb. Yaponiyalı tennisçi növbəti mərhələdə də qalib gələrsə, daha 115 min funt sterlinq qazanacaq və ümumi mükafatı 300 min funt sterlinq təşkil edəcək.