Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yaradıcı Azərbaycan” mədəni və yaradıcı sənayelərə dair xüsusi təqdimat keçirilib

Bakı, 10 mart, AZƏRTAC

Martın 10-da Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Yaradıcı Azərbaycan" mədəni və yaradıcı sənayelərə (MYS) dair xüsusi təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli ölkəmizdə mədəni və yaradıcı sənayelərə ciddi önəm verildiyini deyib. O, bu sahənin inkişafı üçün müxtəlif təşəbbüslərin həyata keçirildiyini və dövlətin bu istiqamətdə mühüm addımlar atdığını vurğulayıb. Nazir diqqətə çatdırıb ki, mədəni və yaradıcı sənaye sahələri UNEC mütəxəssisləri ilə birgə təsnifatlaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.

Mədəniyyət Nazirliyi tərəfindən qrant müsabiqəsinin təşkil edildiyini deyən nazir bildirib ki, bu layihələr üçün 300 min manat vəsait ayrılıb. O, həmçinin paytaxtda “Yaradıcı mərkəz”in təsis edildiyini vurğulayaraq, bu mərkəzin yaradıcı şəxslərin və startapların dəstəklənməsi üçün mühüm platforma olacağını qeyd edib.

Adil Kərimli çıxışında mədəni və yaradıcı sənayelərin inkişafında rəqəmsallaşmanın mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu sahədə rəqəmsal texnologiyaların tətbiqi yaradıcılıq imkanlarını genişləndirməklə yanaşı, mədəni irsin qorunması və qlobal səviyyədə tanıdılmasına da töhfə verir.

Nazir qeyd edib ki, rəqəmsal platformaların yaradılması, mədəni məhsulların onlayn təqdimatı və yeni texnoloji həllərin tətbiqi bu sahənin dayanıqlı inkişafına xidmət edir. Mədəniyyət Nazirliyi bu istiqamətdə bir sıra layihələr həyata keçirir.

Adil Kərimli, həmçinin “Yaradıcı Azərbaycan” layihəsi ilə bağlı ali təhsil müəssisələrinə və biznes subyektlərinə müraciət ünvanlayıb. O, “Yaradıcı Azərbaycan” layihəsinin rezidentləri sırasında tələbələrin də olduğunu deyib: “Onların yaradıcı potensialının dəyərləndirilməsində ali təhsil müəssisələrinin xüsusi fəallığı lazımdır. Eləcə də bu istiqamətdə biznes subyektlərindən də müəyyən addım gözləyirik”.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Yaradıcılığı həyat tərzimizə çevirək” mövzusunda məruzəsi dinlənilib. Yaradıcı sənayenin əhəmiyyəti haqqında danışan K.İmanov bildirib ki, müasir iqtisadiyyatda yaradıcı sənayelərin rolu getdikcə artır və bu sahənin inkişafı innovasiya, mədəni irs və əqli mülkiyyətin effektiv qorunması ilə sıx bağlıdır.

Onun sözlərinə görə, “Yaradıcı Azərbaycan”da yaşamaq hər birimizin istəyi, gerçəkləşən həyatı və qürur hissidir. Qədim Azərbaycan xalqının irsi, o cümlədən ənənəvi mədəni nümunələri, ənənəvi bilikləri, ənənəvi sənətkarlığı kreativliyindən irəli gəlir. Bakı artıq dizayn üzrə “kreativ şəhər” qəbul olunub və ümidvaram ki, bu cərgəyə digər mədəni mərkəzlərimiz də daxil olacaq. Bunun üçün obyektiv əsaslar mövcuddur və ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən və kreativ siyasətidir.

Azərbaycanın kreativliyinin dəstəklənməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. "Onun Azərbaycanın yaradıcı və sənətkar təbəqəsinə, kreativ sinfinə olan qayğısı, mədəniyyətə, milli-mədəni dəyərlərimizə olan diqqəti və humanitar sahədə həyata keçirdiyi layihələri kreativ Azərbaycanın reallaşdırılmasında təkanverici qüvvədir və böyük rəğbətlə qarşılanır. Kreativ iqtisadiyyata hər birimiz üçün yol açıqdır: bunun açarı – təcrübə, vərdiş və ideyalarımızın istifadəsini, tətbiqini tapmaqdadır. Bunun isə başında, ixtiraçılıq və yenilikçiliyə üz tutan təxəyyül durur", - deyə K.İmanov qeyd edib.

O bildirib ki, müasir dünyada kreativ industriyaları, kreativ iqtisadiyyatı intellektin, əqlin məhsulu olan əqli mülkiyyətsiz təsəvvür etmək mümkün deyil. XX əsrin görkəmli filosofu Karl Popper intellektin, təxəyyülün və biliklərin istənilən maddi əşyadan fundamental və dəyərli olduğunu nümayiş etdirən bir situasiyanı təsəvvürə gətirməyi təklif edirdi: fərz edək ki, sənaye və sosial strukturlar da daxil olmaqla, iqtisadiyyatımız məhv edilmiş və ya yox olmuşdur. Yalnız elmi və mədəni biliklər qorunub saxlanmışdır. Bu halda bəşəriyyətin yeni nəsilləri intellekt və qorunub saxlanmış biliklər hesabına yox olmuş maddi və sosial obyektləri qısa müddət ərzində bərpa edə biləcəkdir. Bununla yanaşı, filosof qeyd edirdi ki, əks halda, yəni, bütün biliklər məhv olmuşdursa və yalnız maddi dünya qorunub saxlanmışdırsa, bu mənzərə bizə tərk edilmiş sənaye dünyasında sonradan vəhşi tayfaların məskunlaşdığını xatırladardı”, - deyə Kamran İmanov qeyd edib.

Kamran İmanov diqqətə çatdırıb ki, əqli mülkiyyətin qorunması və əhəmiyyəti ilə bağlı digər bir misal musiqi alətlərinin icadı ilə bağlıdır. Saksofon orkestrin yeganə patentli alətidir. Ona Fransada 1846-cı ildə Adolf Saks tərəfindən patent alınmışdır. Sonrakı təxminən 70 il ərzində saksofona aid 14 patent alınmışdır, bəziləri Saks tərəfindən, bəziləri isə digərləri tərəfindən. Bu patentlər saksofonun müştük hissəsinin, alt saksofonun və digər müxtəlif növlərinə və müasir təkmilləşdirilmiş saksofonun yaranmasına gətirib çıxarmışdır. Bu texnologiya ictimai varidat sahəsində 100 ildən artıqdır ki, mövcuddur, patentlər açıqlanıb və hər kəs saksofonu istifadə və istehsal edə bilər. İndi isə bunun skripkanın təkamülü ilə müqayisə edilməsi maraqlı və ibrətamiz olardı. İtaliyada, Kremonda XVII və XVIII əsrlərdə skripkanın istehsal texnologiyası ailə sirri idi və onu nəsildən-nəslə sirr olaraq ötürürdülər. Bunun nəticəsidir ki, indiyədək heç kim dünyada məşhur Stradivari, Qvarneri və digər ən yaxşı ustaların skripkalarının necə istehsal edildiyini bilmir. Onların istehsalının sirri zamanla ailə sirlərində və onların öz biliklərinin bir-birinə ötürülməsi nəticəsində hansısa mərhələdə tükənmiş və itirilmişdir.

“Con Houkins, kreativ iqtisadiyyatın atalarından biri, son 15 ildə kreativ iqtisadiyyata aid bir sıra kitabların müəllifinin dediyi kimi, “kreativ iqtisadiyyat” ideya və pul ilə təmasdadır, bunların işini qurur. Odur ki, kreativ industriya (sənaye) – əqli mülkiyyətin yaradılmasına və kommersiyalaşmasına, yaradıcılığa və mədəni məhsullara əsaslanan iqtisadiyyat sektorudur. Bu sıraya ənənəvi olaraq, incəsənət, dizayn, musiqi, kino, ədəbiyyat, moda, reklam, IT, memarlıq, videooyunlar və çoxlu kreativlikdən qaynaqlanan digər sahə, sferalar aiddir. Az sonra qısa məruzəmdə kreativ industriyaların ontoloji məsələləri, o cümlədən yaranması və mahiyyəti, ümumi əsasları və prinsipləri, strukturu və qanuna uyğunluqları, mədəni industriyadan fərqi və fərqi təşkil edən sərhədləri, dünyəvi və Azərbaycan təcrübəsi və s. məsələlər üzrə imkan çərçivəsində dayanmaq fikrindəyəm”, - deyə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri söyləyib.

Kamran İmanov vurğulayıb ki, kreativ iqtisadiyyatın inkişafı üçün müvafiq şərtlər yerinə yetirilməlidir – istehlakçılar, yəni, onların savad, intellekt və maliyyə təminatı, təhsilli olması, əmək resursları (yəni, fərdi yaradıcılıq təfəkkürü və yeni ideyaların generasiyası mövcudluğu, bir sözlə, “kreativ sinfin” güclənməsi) və məkan-mikromühit (yəni, zəngin institusional bazalara malik meydançalar olması): “Bu işlər başlanılıb və həmin istiqamətlərdə çalışmalara uğurlar arzulayıram”.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Ağdam şəhər 1 nömrəli orta məktəbində STEAM Azərbaycan layihəsi həyata keçiriləcəyi barədə məlumat verib. O bildirib ki, layihə Laçın şəhərində, Zabuxda və Şuşada orta məktəblərdə təşkil ediləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ölkə iqtisadiyyatında mədəni və yaradıcı sənayelərin dəstəklənməsi ölkənin dayanıqlı inkişafına mühüm töhfə verə bilər. Onun sözlərinə görə, xüsusilə kino, moda, dizayn, oyun sənayesi və mədəni startaplar kimi sahələrdə innovativ yanaşmaların tətbiqi bu sektorun potensialını daha səmərəli reallaşdırmağa imkan yaradır.

Orxan Məmmədov KOBİA-nın yaradıcı sahibkarlıq subyektlərinin inkişafına yönəlmiş layihələrin qrant maliyyələşdirilməsini həyata keçirdiyini deyib: “Qaydaya uyğun olaraq hər bir layihə üzrə maliyyələşdirmə məbləği 20 min manatadək müəyyən edilmişdir ki, bu da innovativ və yaradıcı həllərin tətbiqini stimullaşdırmaqla yanaşı, mədəni və sənətyönümlü fəaliyyət göstərən sahibkarların bazara inteqrasiyasına da dəstək hesab edilə bilər”.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında yaradıcı sənayelərin inkişafının iqtisadi dəyərin formalaşmasına, məşğulluğun artmasına və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verdiyini bildirib.

O qeyd edib ki, müasir dövrdə dizayn, video istehsalı, planlaşdırma, meteorologiya və digər yaradıcı sahələr qlobal bazarda getdikcə daha çox əhəmiyyət qazanır. Bu sahələr qadınların məşğulluğunun artmasına, yeni biznes imkanlarının yaranmasına və yaradıcı mühitin genişlənməsinə şərait yaradır.

Nazir müavini vurğulayıb ki, infrastrukturun inkişafı, yeni texnologiyaların tətbiqi və innovativ metodların istifadəsi yaradıcı sənayelərin daha da güclənməsinə imkan verir.

Daha sonra “İnvest to Create” platformasının idarəedici partnyoru texnoloji innovasiya üzrə israilli mütəxəssis Tal Katran və “Yaradıcı mərkəz”in icraçı direktoru Lalə Əhmədova, (İ2C) “İnvest2Create” investisiya evi barəsində təqdimatla çıxış ediblər.

Qeyd edək ki, “Yaradıcı Azərbaycan” Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən, mədəni və yaradıcı sənayelərin (MYS) inkişafına yönəlmiş bir təşəbbüsdür.

Layihənin əsas məqsədi Azərbaycanda MYS-lərin potensialını cəmiyyətə tanıtmaq və onu qlobal bazara çıxarmaqdır. Bura kino, animasiya, oyun texnologiyaları (Gametech), moda, musiqi, mədəniyyət sahəsində çalışan startaplar (Cultech) və digər yaradıcı istiqamətlər daxildir.

MYS-lərin inkişafı ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən bir sıra mühüm fəaliyyətlər həyata keçirilib, qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi baş tutub, "Mədəniyyət və yaradıcı sənayelər" üzrə xüsusi Təqaüd Proqramına start verilib. Həmçinin ötən il Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) açılışı olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ