Yardımlıda müəssisə və təşkilatların sayı artıb
Yardımlı, 17 iyul, Bağır Əliyev, AZƏRTAC
Bu ilin birinci yarısında Yardımlı rayonunda müəssisə və təşkilatların sayı 1,3 faiz artaraq, 476-ya çatıb. İlin əvvəlindən 6 yeni hüquqi şəxs statuslu müəssisə qeydiyyatdan keçib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda mövcud olan müəssisə və təşkilatların 15,5 faizi dövlət, 84,5 faizi isə qeyri dövlət mülkiyyətinə aid olan təsərrüfat subyektləridir. Hazırda aktiv olan hüquqi şəxs statuslu müəssisə və təşkilatların sayı 190-dır. Onlardan 113-ü bu ilin birinci yarısında fəaliyyətdə olub.
Yardımlıda hüquqi şəxs yaratmadan fiziki şəxs kimi qeydiyyatdan keçənlərin sayı 6,5 faiz artaraq 7425 təşkil edib.
Hazırda qeydiyyatda olan fiziki şəxslərin 76,9 faizi kənd təsərrüfatı, 9 faizi ticarət, 1,4 faizi tikinti, 0,1 faizi xidmət, 12,6 faizi isə digər sahələr üzrə fəaliyyət göstərən subyektlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]