Yaşadığı evdən 3000 manatlıq oğurluq edən kirayənişin polis tərəfindən saxlanılıb

Bakı, 8 fevral, AZƏRTAC
Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.