Yasamalda vətəndaş bıçaqlanıb, telefonu əlindən alınıb
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 18-də saat 1 radələrində Yasamal rayonu ərazisində 3 nəfərin Bakı şəhər sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Mirzə Hüseynov, Fərid Elayev və Əli İbrahimzadə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıblar. Mirzə Hüseynovun borclu şəxs qismində axtarışda olması da müəyyən olunub.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:31]