Yaşar Bəşirov: Azərbaycanda idman bütün sahələr üzrə yaxşı inkişaf edir
Tbilisi, 10 yanvar, AZƏRTAC
Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, idman bütün sahələrdə, eləcə də karate idmanı üzrə sürətlə inkişaf edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) İdarə Heyətinin üzvü Yaşar Bəşirov söyləyib. Onun sözlərinə görə, bu gün idmanın karate növü üzrə Tbilisidə keçirilən turnirdə Azərbaycandan 21 karateçi iştirak edir: "İdmançılarımız bu yarışa ciddi hazırlaşıblar. Onlar yaxşı başa düşürlər ki, bu yarış A kateqoriya (A Seriya) yarışıdır. Burada qazanılan reytinq xalları toplanacaq və yüksək xal qazanan idmançılarımız gələcəkdə 32-lik adlanan yüksək turnirdə iştirak hüququ qazanacaqlar. Bundan sonra onlar, həmçinin dünya və Avropa birinciliyində də inamla iştirak edə biləcəklər".
Y.Bəşirov deyib ki, karate sahəsində yaxşı idmançılar yetişir. "İnanırıq ki, onlar yaxın gələcəkdə ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacaq və beynəlxalq turnirlərdə Azərbaycan bayrağını uca zirvələrə qaldıracaqlar", - deyə federasiya prezidenti vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]