YAŞIL ÇAY YÜKSƏK TEXNOLOGİYALARIN DA “DƏRMANI”DIR
Məlumdur ki, bu çox sürəkli və məsul proses zamanı bahalı kimyəvi maddələrdən istifadə olunur. İndi dünyada hər il 160 milyon bərk disk buraxılır. Özü də, standarta görə, onların maqnit başlıqlarında 10 anqstremdən artıq heç bir qüsur olmamalıdır. Buna nail olmaq çox çətindir. Üstəlik, cilalamada işlədilən maddələr də zəhərlidir.
İndi bu substansiyalara yeni və çox gözlənilməz əvəzləyici tapılmışdır. ABŞ-ın Ventana Risöç korporasiyasının prezidenti Con Lombardi apardığı tədqiqatların nəticələrini açıqlayaraq bildirmişdir ki, bərk disklərin maqnit başlıqlarını parıldatmaq üçün yaşıl çaydan alınmış tannindən istifadə etmək olar.
Lombardi yeni, ekoloji cəhətdən təmiz vasitə yaratmaq üçün yaşıl çaydan hasil edilən maddələri sintetik zülallarla və abrazivlə birləşdirmişdir. Bundan əmələ gələn məhlul maqnit başlıqlarını hazırda istifadə edilən kimyəvi maddələrə nisbətən 3-4 dəfə tez cilalamağa imkan verir.