Yaşıl enerjinin inkişafına dair saziş Aİ ilə Cənubi Qafqaz arasında əlaqələri genişləndirəcək
Tbilisi, 18 dekabr, AZƏRTAC
Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Avropa İttifaqı (Aİ) ilə Cənubi Qafqaz arasında tranzit və ticarət imkanlarını genişləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili söyləyib.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan adıçəkilən sazişi imzalamaqla bu sahədə sıx əməkdaşlığa hazır olduqlarını təsdiq ediblər.
İ.Qaribaşili deyib ki, bu dörd ölkənin elektrik ötürücü xətlərini və sistemlərini birləşdirməklə Avropa təkcə Gürcüstana deyil, həm də bütün Cənubi Qafqaz regionuna qoşula biləcək. Ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı bu layihənin həyata keçirilməsini yeni müstəviyə çıxarır.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]