“Yaşıl həftə” layihəsi çərçivəsində daha bir aksiyaya start verilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). İDEA kampaniyası və BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) birgə layihəsi olan beynəlxalq “Yaşıl həftə” layihəsi çərçivəsində bir sıra tədbirlər və aksiyalar keçirilməkdədir.
Artıq belə aksiyalardan birinə start verilmişdir. Aksiya Parlament prospektində Milli Məclisin qarşısından başlamışdır.
Məqsəd 10 taksinin yaşıl rəngə boyayaraq, ətraf mühitin qorunması haqqında müxtəlif lozunqlar yazmaqla insanlara yaşıl həftə layihəsi barədə məlumat verməkdir.
Bir ay davam edəcək aksiyada taksidən istifadə edən hər kəsə ətraf mühitin mühafizəsi, yaşıllaşdırma proqramları barədə və Azərbaycanda bu sahədə dövlətin gördüyü işlərdən danışılacaqdır.
İDEA kampaniyasının layihələr üzrə meneceri Ramiz Babayev hesab edir ki, bu aksiya insan təfəkküründə, şüurunda ətraf mühitin mühafizəsi sahəsində daha ciddi dəyişikliklərə nail olmaq üçün bir vasitədir.
Noyabrın 16-dək davam edəcək “Yaşıl həftə” layihəsi çərçivəsində müxtəlif tədbirlər, aksiyalar keçiriləcəkdir.
2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanılan İDEA Kampaniyası çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]