Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkil edəcəyi tədbirdə yekun sənəd olaraq Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bəyannamə iqlim dəyişikliyini nəzərə alaraq rəqəmsallaşmanın sürətləndirilməsini, İKT sektorunda emissiyaların azaldılmasını və yaşıl rəqəmsal texnologiyalara çıxışın artırılmasını nəzərdə tutur.
Sənəd dövlətlər, sahə üzrə fəaliyyət göstərən təşkilatlar, şirkətlər, assosiasiyalar, vətəndaş cəmiyyəti üzvləri və akademik təsisatlar üçün açıqdır.
Maraqlı tərəflər bəyannaməyə qoşulmaq üçün [email protected] e-poçt ünvanına müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]