Yaxın gələcəkdə Gəncə Azərbaycanın ən gözəl turizm məkanlarından biri olacaqdır
Gəncə, 15 may (AZƏRTAC). Yaxın gələcəkdə Gəncə Azərbaycanda diqqəti cəlb edən ən gözəl turizm məkanlarından biri olacaqdır. Hazırda şəhərin turizm infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə kompleks tədbirlər həyata keçirilir.
Şəhər mədəniyyət və turizm idarəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Gəncədə olan 200-dən artıq qədim bina və 300-dən artıq tarixi abidənin təmirinə başlanılmışdır. Göygöl, Maralgöl, Hacıkənd kimi füsunkar təbiət abidələri isə Gəncənin turizm baxımından böyük imkanlara malik olduğunu göstərir. Artıq Hacıkənddə geniş yenidənqurma işlərinə başlanılmışdır. Bu ərazidə yeni sanatoriya və istirahət obyektlərinin yaradılması nəzərdə tutulmuşdur ki, bu da bölgədə turizmin inkişafına zəmin yaratmaq deməkdir.
Yaxın vaxtlarda şəhərdə 2 ədəd yeni otelin tikilməsi də planlaşdırılmışdır. Turistlərin marağını artırmaq üçün Gəncə çayı ərazisində uzunluğu 2 kilometr olacaq yeni istirahət parkının salınmasına başlanılmışdır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi ətrafında isə kompleks yenidənqurma işləri uğurla davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]