Yaxın vaxtlarda ABŞ-da COVID-19-a qarşı vaksinləmə supermərkəzləri açılacaq
Vaşinqton, 11 fevral, AZƏRTAC
Ağ evin koronavirus pandemiyasının nəticələrinə qarşı mübarizə komandası bu ay ərzində Texas ştatında üç vaksinləmə supermərkəzinin açılacağını elan edib.
AZƏRTAC Ağ evin bəyanatına istinadla xəbər verir ki, yeni supermərkəzlər daha həssas və yetərincə xidmət edilməyən əhalinin yaşadığı rayonlarda vaksinləmə proqramı çərçivəsində fəaliyyət göstərəcəklər. Fevralın 27-də Dallasdakı “Fair Park” parkında, Hyustondakı NRG stadionunda və Arlinqtondakı AT&T stadionunda bu cür supermərkəzlər açılacaq. Həmin mərkəzlərdə gündə 10.000 nəfər peyvəndlənəcək.
Ağ evin koronavirus pandemiyasının nəticələrinə qarşı mübarizə komandasının əlaqələndiricisi Ceff Ziyentin sözlərinə görə, belə mərkəzlər Nyu-Yorkda planlaşdırılıb. Ağ ev komandasının həmsədri doktor Marsella Nunyes-Smit bildirib ki, mobil vaksinləmə mərkəzləri COVID-19-a yoluxma hallarının çox olduğu rayonlarda açılacaq. Ekspertlər bildiriblər ki, aztəminatlı rayonların sakinləri koronavirus əleyhinə vaksin əldə edilməsində çoxsaylı maneələrlə üzləşirlər.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]