YEDDİ NEFT QUYUSU İSTİSMARA VERİLMİŞDİR
“Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi yanvar-aprel aylarında 4370 metr qazma işi görmüşdür. Qazmaçılar yeddi neft quyusunu da neftçilərə təhvil vermişlər.
İdarədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qazmaçılar bu müddətdə “Palçıq pilpiləsi” sahəsindəki 1250 metr layihə dərinliyi olan neft quyusunda qazma və tikinti işlərini qurtarmışlar. Yaxın günlərdə quyu istismara buraxılacaqdır. Layihə dərinliyi 1830 metr olan daha bir quyuya istismar kəməri buraxmaq üçün hazırlıq işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]