Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeddi nəsil: türk ənənəsində nəsil şəcərəsini bilməyin mənası

Yeddi nəsil: türk ənənəsində nəsil şəcərəsini bilməyin mənası

Astana, 6 mart, AZƏRTAC

Qazax mədəniyyətində nəsil şəcərəsini bilmək milli ənənənin mühüm tərkib hissəsi olaraq qalır. Rodoloq, Sosial Psixoterapevtlərin Beynəlxalq Assosiasiyasının vitse-prezidenti Aliya Saqimbayeva AZƏRTAC-a müsahibəsində nəsil yaddaşının əhəmiyyəti və onun türk xalqları arasında mədəni əlaqələrin möhkəmlənməsində rolu barədə danışıb.

— Qazax mədəniyyətində öz nəslini tanımağa və əcdadlara hörmətə niyə böyük əhəmiyyət verilir?

— Bu anlayış qazax dilində “şejire” adlanır və nəsil şəcərəsi mənasını verir. Azərbaycanlılarda buna bənzər anlayış “şəcərə”, başqırdlarda “şəjərə”, qırğızlarda isə “sancıra” adlanır. Bununla “jeti ata” qaydası da əlaqəlidir, yəni ata xətti üzrə yeddi nəsil əcdadı bilmək.

Qazax və qırğız dillərində “tek” anlayışı da mövcuddur. Bu söz “nəsil mənşəyi” kimi tərcümə olunur.

Nəsil şəcərəsini bilmək yalnız əcdadları xatırlamaq deyil, insanın kimliyinin mühüm hissəsidir. Nəsil yaddaşı vasitəsilə ənənələr, mədəni kod və mənəvi dəyərlər nəsildən-nəslə ötürülür. İnsan yalnız bioloji xüsusiyyətləri deyil, həm də öz nəslinin mənəvi istiqamətlərini, ləyaqət hissini və ailə qarşısında məsuliyyəti də miras alır. Bu isə nəsillər arasında bağlılığı möhkəmləndirir.

Nəsil ənənəsini bilmək həm də mühüm sosial funksiyanı yerinə yetirir. Bu, böyüklərə hörməti qorumağa, qohumluq əlaqələrini saxlamağa və ailə ilə cəmiyyət daxilində qarşılıqlı dəstək hissini gücləndirməyə kömək edir.

Qazax ənənəsində, eləcə də Azərbaycan ənənəsində insan nəsil xəttinin bir hissəsi, keçmişi, bu günü və gələcəyi birləşdirən nəsillər zəncirinin halqası kimi qəbul olunur.

— Nəsil yaddaşı və əcdadlara hörmət Türk dünyası xalqları üçün nə dərəcədə ümumi dəyərdir?

— Nəsil yaddaşı, böyüklərə hörmət və əcdadların ehtiramla yad edilməsi Türk dünyasının bir çox xalqları üçün əsas dəyərlərdəndir. Qazaxların, qırğızların, özbəklərin və digər türk xalqlarının ənənələrində insan həmişə nəslin və nəsil sisteminin bir hissəsi kimi qəbul olunub.

Əcdadlarını bilmək və onlar haqqında yaddaşı nəsildən-nəslə ötürmək insanın tərbiyəli və yetkin olmasının mühüm göstəricisi hesab olunurdu.

Böyüklərə hörmət yalnız yaşla bağlı deyil. Bu, onların həyat təcrübəsinin və müdrikliyinin qəbul olunması ilə də bağlıdır. Böyüklər ənənələri qoruyur və həyat təcrübəsini gənc nəsillərə ötürürdülər.

Müxtəlif türk xalqlarının nümayəndələri adəti üzrə öz nəslinin şəcərələrini asanlıqla xatırlayırlar. Bəzi mədəniyyətlərdə belə sual təəccüb doğura bilər, lakin türk xalqları üçün bu, təbii haldır və mədəni kodun bir hissəsidir. Bu gün gənclər də öz əcdadları haqqında məlumatlıdır və nəsil şəcərəsi məsələsinə anlayışla yanaşırlar. Çünki mənşə haqqında yaddaş mədəni ənənənin mühüm tərkib hissəsi olaraq qalır.

— Qazaxlarla azərbaycanlıların nəslə və ailə ənənələrinə münasibətində oxşarlıq görürsünüzmü?

— Mən iyirmi ildən artıqdır ki, bu mövzu ilə məşğulam. Fəaliyyətim psixologiya, genealogiya və kulturologiyanın kəsişməsində yerləşir. Mərkəzi Asiyanın müxtəlif ölkələrində tədqiqatlar aparmışam və Azərbaycandan, Türkiyədən olan həmkarlarla əməkdaşlıq edirəm. Buna görə də bir çox türk xalqlarının nümayəndələri ilə ünsiyyətim olub. Nəslə və ailə ənənələrinə münasibətə gəlincə, burada demək olar ki, tam oxşarlıq mövcuddur.

Qazaxlar və azərbaycanlılar tarixən ailə və nəslin mühüm yer tutduğu mədəniyyətlərdə formalaşıblar. Hər iki ənənədə böyüklərə hörmət göstərilməsinə, ailə şərəfinin qorunmasına və qohumların dəstəklənməsinə böyük əhəmiyyət verilir. Ailə geniş bir sistem kimi qəbul olunur; burada yalnız valideynlər və uşaqlar deyil, həmçinin yaşlı nəsillər və digər qohumlar mühüm rol oynayır. Çox vaxt hətta dördüncü və ya beşinci nəsil haqqında da yaddaş qorunur.

Ailə bağları fəal qorunur, belə ki, qohumlar mühüm hadisələri birlikdə qeyd edir, ciddi qərarlar isə çox vaxt böyüklərin rəyi nəzərə alınmaqla qəbul olunur. Buna görə də nəslə və ailə ənənələrinə hörmət bu gün də qazaxlar və azərbaycanlılar üçün ümumi mədəni əsas olaraq qalır.

— Öz nəslinin tarixini öyrənmək türk xalqları arasında mədəni kimliyin və əlaqələrin möhkəmlənməsinə kömək edə bilərmi?

— Əminəm ki, bəli. Nəsil tarixinin öyrənilməsinə yönəlmiş birgə təşəbbüslər türk xalqlarının mədəni kimliyinin möhkəmlənməsinə kömək edə bilər. İnsan öz əcdadlarının tarixini öyrəndikdə, mədəniyyətini, dilini və tarixi irsini daha dərindən dərk etməyə başlayır. Bu, insanın öz xalqına mənsubiyyət hissini və köklərinə hörməti formalaşdırır. Çox vaxt nəsil şəcərəsinin öyrənilməsi yalnız ailə tarixini deyil, qohum xalqların mədəniyyətini də öyrənməyə maraq yaradır.

Əsrlər boyu türk xalqları ticarət, köçlər və nikahlar vasitəsilə bir-biri ilə bağlı olub. Bu əlaqələrin dərk edilməsi göstərir ki, aramızda fərqlərdən daha çox ortaq cəhətlər var. Buna görə də nəsil tarixinin öyrənilməsi türk xalqları arasında mədəni və sosial əlaqələrin möhkəmlənməsi üçün mühüm körpü ola bilər.

Məsələn, qazaxlarda və qırğızlarda “tusau kesu” (тұсау кесу) mərasimi var. Bu zaman uşaq yeriməyə başlayanda onun “ayaq bağları” rəmzi olaraq kəsilir. Bəzi digər türk mədəniyyətlərində oxşar ənənələr zamanla dəyişib və ya yoxa çıxıb. Buna görə də ümumi mədəniyyətin hansı elementlərinin qorunub saxlandığını, hansılarının isə dəyişdiyini öyrənmək vacibdir.

— Gənclərin öz köklərinə marağı qalırmı?

— Azərbaycana gəldikdə, bu suala dəqiq cavab vermək mənim üçün çətindir, çünki əsasən yaşlı nəslin nümayəndələri ilə ünsiyyətdə olmuşam. Bununla belə, Azərbaycan gəncləri arasında bu mövzuya münasibəti araşdırmaq maraqlı olardı.

Mərkəzi Asiya ölkələrinə gəldikdə isə gənclərin öz köklərinə marağı həqiqətən qalır, bəzən isə daha da güclənir. Bu, xüsusilə Qazaxıstanda nəzərə çarpır. Burada nəsil şəcərəsinin öyrənilməsinə həsr olunmuş tədqiqatlar və təhsil layihələri həyata keçirilir.

Müasir texnologiyalar da nəsil tarixinin öyrənilməsini daha əlçatan edib. Öz şəcərəsini araşdırmağa və əcdadlar haqqında məlumat tapmağa imkan verən onlayn platformalar və məlumat bazaları mövcuddur. Ailənin mənşəyini öyrənməyə və uzaq qohumları tapmağa kömək edən DNT tədqiqatları da inkişaf edir.

— Mədəni və elmi layihələr Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın inkişafında hansı rolu oynayır?

— Belə layihələr ölkələrimiz arasında əməkdaşlığın inkişafında mühüm rol oynayır. Onlar bilik və mədəni təcrübə mübadiləsi üçün imkan yaradır və humanitar əlaqələri möhkəmləndirir. Bu cür təşəbbüslər alimlərin, tədqiqatçıların və gənclərin Türk dünyasının tarixini, dilini və ənənələrini birgə öyrənməsinə kömək edir. Bu baxımdan elmi konfranslar, tədqiqatlar və mədəni proqramlar böyük əhəmiyyət daşıyır.

Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasından olan həmkarlarla əməkdaşlıq etmişəm. Arxeologiya və Antropologiya İnstitutunda bir neçə birgə elmi tədbir keçirmişik. Bakıda Novruz bayramına və İkinci Dünya müharibəsi zamanı itkin düşənlərin axtarışına həsr olunmuş konfranslarda iştirak etmişəm.

Azərbaycanlı həmkarlar da Qazaxıstana səfər ediblər. Qızılordada Mustafa Şokayın irsinin öyrənilməsinə həsr olunmuş tədbirlər və birgə layihə keçirilib. Belə əlaqələr bir-birimizi daha yaxşı anlamağa kömək edir və ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirir.

— Qloballaşma şəraitində nəsil tarixilə bağlılığı qorumaq nə dərəcədə vacibdir?

— Qloballaşma şəraitində nəsil tarixi ilə bağlılığı qorumaq xüsusilə aktualdır. Bu, yalnız qazaxlar və azərbaycanlılar üçün deyil, bir çox türk xalqları üçün vacibdir. Əcdadlarının tarixini bilmək insanın həyat istiqamətlərini qorumağa kömək edir. Keçmişi öyrənmək bu günü daha yaxşı anlamağa və gələcəyin istiqamətini müəyyənləşdirməyə imkan verir. Təsadüfi deyil ki, Əl-Fərabi deyirdi: “Keçmişi bilmədən bu günü anlamaq və gələcəyi görmək çətindir”.

Müasir dünya böyük imkanlar açır, lakin eyni zamanda mədəni ənənələri zəiflədir. Buna görə milli və mədəni kimliyi qorumaq xüsusilə vacibdir.

Beləliklə, nəsil tarixi ilə bağlılıq yalnız ənənəyə ehtiram deyil, həm də nəsillər və xalqlar arasında mədəni və insani əlaqələri möhkəmləndirən mühüm mənəvi dayaqdır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb