Yəmən paytaxtında baş verən yanğın nəticəsində 44 nəfər ölüb
Qahirə, 17 mart, AZƏRTAC
Yəmənin Hutsi qiyamçılarının nəzarətində olan paytaxtı Sənada miqrantların toplaşma mərkəzində baş verən güclü yanğın nəticəsində 44 nəfərin öldüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Əl Məsirah telekanalı məlumat yayıb.
Telekanalın xəbərində qeyd olunur ki, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 193 miqrant xəstəxanaya çatdırılıb. Onlardan 37-sinin vəziyyətinin ağır olduğu bildirilir. Sağ qalanlar yanğının yerli mühafizəçilərin etiraz edən miqrantlara qarşı gözyaşardıcı qazdan istifadəsi nəticəsində başladığını deyiblər.
BMT Sənada yerləşən hökuməti insidentin səbəblərini obyektiv şəkildə araşdırmağa çağırıb. Təşkilatın Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qrifits qeyd edib ki, təhqiqat müstəqil müstəntiqlər tərəfindən aparılmalıdır.
Sənada miqrantların toplaşma mərkəzində Avropa ölkələrinə getmək istəyən afrikalı miqrantlar sığınacaq tapıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]