Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, abidənin önünə əklil və gül dəstələri qoyulub, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.