Yeni layihələrin icrası yüksək templə davam etdirilir
Bakı, 31 mart (AZƏRTAC). 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi ekoloji layihələr sırasında neft-qazçıxarma idarələrinin (NQÇİ) mədən ərazilərindəki çirklənmiş torpaqların təmizlənməsi və neft şlamının bioremediasiyası prioritet istiqamətlərdəndir.
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) AZƏRTAC-a verilən məlumata görə, cari ildə “Balaxanıneft”, Ə.Əmirov adına NQÇİ-nin mədən ərazilərində neft şlamının bioremediasiyası və Qala gölünün ətrafının neft şlamından təmizlənməsi layihələri QSC-yə həvalə edilmişdir.
Artıq mart ayının əvvəlindən layihələrin icrasına başlanılmış, işlərin fasiləsizliyi təmin olunmuşdur. İcra müddətində Ə.Əmirov adına NQÇİ-nin mədən ərazisində bioremediasiya sahəsinə 3 min 400 kubmetr neft şlamı, şlam çıxarılmış sahələrə isə 2 min 340 kubmetr ştib daşınmışdır. Qala gölünün ətrafında isə ərazidən 15 min kubmetr şlam çıxarılmış və 8 min kubmetr ştib daşınmışdır. “Balaxanıneft” NQÇİ-nin mədən ərazisində isə bioremediasiya sahəsinə 3 min 262 kubmetr neft şlamı, şlam çıxarılmış sahələrə isə 1 195 kubmetr ştib daşınmışdır. Bu layihə sahəsinə əlavə yol çəkilmiş və digər hazırlıq işləri görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]