YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə Masallı rayonunun Mollaoba kəndində inşa edilən 15 sinif otaqlı orta məktəbin tikintisində son tamamlama işləri görülür. Məktəbə gedən yollar və səkilər təmir edilir, həmin massivdə yaşıllıqlar salınır.
Masallı rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, məktəbin layihə-smeta sənədlərində istilik sistemi nəzərdə tutulmasa da, kəndin iş adamları bu məsələnin həllini öz öhdələrinə götürmüşlər.
Tikintisi 75 min ABŞ dollarına başa gələn yeni məktəb binasının 2004-cü ilin aprel ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]