İQTİSADİYYAT
YENİ QAZ KƏMƏRİ ÜÇÜN BORULARA BETON ÜZLÜK ÇƏKİLİR
“Xəzərdənizneftqaztikinti” Trestinin dəmir-beton məmulatı zavodunda Neft daşları və “Bahar” yataqlarından sahilə çəkiləcək ikinci sualtı qaz kəməri üçün nəzərdə tutulan borulara beton üzlük çəkilməsinə başlanmışdır.
Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yeni qaz kəməri üçün yüksək təzyiqə və korroziyaya davamlı 20 düyümlük borular da, üzlük materiallar da xarici ölkələrdən gətirilmişdir.
Artıq 7 min metr boruya beton üzlük çəkilmişdir. Kəmərin bütün borularının üzlənməsinə isə təxminən 4 ay yarım vaxt lazımdır.
Yataqlardan sahilə qədər uzanacaq 68 kilometrlik kəməri Azərbaycan Dövlət Neft Şirkəti öz qüvvəsi ilə çəkəcəkdir. Sutkada 5-5,5 milyon kubmetr həcmində mavi yanacaq nəql edəcək yeni kəmər ilin sonunadək istifadəyə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2024 [17:50]
KOBİA-da vətəndaşlarla görüş keçirilib
- 14.10.2024 [17:40]
Bakının daha bir küçəsində yeni parklanma məntəqəsi qurulub
- 14.10.2024 [16:24]
® “Kapital Bank” 3-cü rüb üzrə maliyyə nəticələrini elan edib
- 14.10.2024 [14:16]
DGK sədri Daşkəsəndə vətəndaşlarla görüşəcək
- 14.10.2024 [14:05]