YENİ SƏHMDAR CƏMİYYƏTLƏR YARADILIR, ONLARIN ÖZƏLLƏŞDİRİLMƏSİ DAVAM ETDİRİLİR
İqtisadi İnkişaf Nazirliyi dövlət müəssisələrinin bazasında səhmdar cəmiyyətlərin yaradılması, onların özəlləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini davam etdirir. Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, özəlləşdirmə prosesi başlanandan indiyədək dövlət müəssisələrinin bazasında 1457 səhmdar cəmiyyəti yaradılmışdır. Hazırda özəlləşdirməyə açıq elan edilmiş 277 dövlət müəssisəsinin dövlətsizləşdirilməsi işləri davam etdirilir. Bu müəssisələrdə əmlakın tərkibi və vəziyyəti, özəlləşdirmə üsulları artıq müəyyən edilmişdir. Buraya Dövlət Neft Şirkətinin, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin, Rabitə və Mədəniyyət nazirliklərinin, ləğv edilmiş Mətbuat və İnformasiya Nazirliyinin müəssisələri və sair daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:33]
Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq
- 10.08.2026 [12:27]
Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]