YENİ ÜZÜM BAĞLARI SALINIR
Şəmkir rayonunda fəaliyyət göstərən “Şərq ulduzu” fermer təsərrüfatının yarandığı qısa vaxt ərzində istehsal etdiyi kənd təsərrüfatı məhsulları bölgədə yaxşı tanınır. Burada istehsal olunan süd, qatıq, yağ və digər məhsullar həvəslə alınır. Təsərrüfatın rəhbəri, rayon sahibkarlar assosiasiyasının sədri Əsgər Alırzayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hazırda təsərrüfatda 80 nəfər çalışır. Bu yaxınlarda icarəyə götürdüyümüz 92 hektar sahədə yeni üzüm bağlarının salınmasına başlanmışdır. Bağlar məhsul verənədək kiçik şərab zavodunun tikintisini başa çatdırmaq qərara alınmışdır. Bütün bu işlər qaydaya düşdükdən sonra təsərrüfatda əlavə 100 nəfər üçün yeni iş yeri yaranacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:53]
Hərracda 12 nəqliyyat vasitəsi satılıb
- 07.10.2026 [14:07]
Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb
- 07.10.2026 [13:43]