Yeniyetmə cüdoçumuz Nahid Tarquliyev Asiya kuboku yarışının finalına vəsiqə qazanıb
Bakı, 6 aprel, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr arasında cüdo üzrə Asiya kuboku yarışı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan komandası da iştirak edir. Cüdoçularımızdan Nahid Tarquliyev (73 kq) yarımfinalda gürcüstanlı Giorgi Mışvelidzeni məğlub edərək finala vəsiqə qazanıb.
Qeyd edək ki, turnirin sonuncu yarış günündə qızlar arasında 63, 70, +70, oğlanlar arasında isə 66, 73, 81, 90 və +90 kiloqram çəki dərəcələrində medallar uğrunda mübarizə aparılır.
Azərbaycanın 22 cüdoçu ilə təmsil olunduğu turnirdə 6 ölkədən 314 idmançı mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]