YENİYETMƏ FUTBOLÇULAR QAXDA YARIŞIRLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Qax şəhərində yeniyetmələrin VI respublika oyunları proqramına daxil olan futbol üzrə yarışların final mərhələsinə start verilmişdir.
Birincilikdə zona yarışlarının qalibi olan 1994-95-ci il təvəllüdlü yeniyetmələrdən təşkil edilmiş 12 komanda - Bakı, Sumqayıt, Gəncə, Şəki, Mingəçevir və Yevlax şəhərlərinin, habelə Qax, Qusar, Cəlilabad, Salyan, Şəmkir və Tovuz rayonlarının təmsilçiləri mübarizə aparırlar.
Mayın 19-da şəhər stadionunda yarışların rəsmi açılış mərasimi olmuşdur. Mərasimdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nüvər Xasıyev, rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək, ölkəmizdə idmanın kütləviliyinin təmin olunmasına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini xüsusi qeyd etmiş, komandalara uğurlar arzulamışlar.
Komandalar 4 yarımqrupda mübarizə aparırlar. Qrup oyunlarının qalibləri yarımfinalda görüşəcəklər.
Yarışlar mayın 22-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]