Yer kürəsində 4,4 milyarddan çox insanın təmiz suya müntəzəm çıxışı yoxdur
Bakı, 15 avqust, AZƏRTAC
İsveçrədən olan tədqiqatçılar, BMT və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri belə qənaətə gəliblər ki, 136 aşağı və orta gəlirli ölkədə 4,4 milyarddan çox insan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində nəzərdə tutulduğu kimi təmiz, təhlükəsiz suya davamlı çıxışdan məhrumdur. Bu da ÜST və UNICEF-in 2020-ci ildəki təxminlərindən iki dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, alimlərin bu fikirləri “Science” elmi jurnalında dərc olunan məqalədə yer alıb.
“Təmiz və təhlükəsiz suya çıxış insanların ayrılmaz hüququdur və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biridir”, - tədqiqatda deyilir.
Alimlər qeyd ediblər ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi zamanı bu problemin həlli aşağı və orta gəlirli ölkələrdə içməli suya çıxış imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, həmçinin müxtəlif bağırsaq infeksiyalarına yoluxma hallarını azaldacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]