YERALTI ANBARLARA VURULAN QAZIN HƏCMİ 1 MİLYARD KUBMETRDƏN ÇOXDUR
Mövcud 2 yeraltı qaz anbarının aktiv tutumu 1,3 milyard kubmetrdir. Dövlət Neft Şirkətindən (DNŞ) cari ilin ötən 9 ayında 3.482,8 milyon kubmetr qaz təhvil alınmışdır, ilin sonuna qədər bu rəqəm 4,9 milyard kubmetr olacaqdır. Şirkətdən gündə 11,4 milyon kubmetr qaz qəbul edilirdi, “Əsrin müqaviləsi”nə uyğun olaraq, may ayından Mərkəzi Azəri platformasından hasil edilən səmt qazının da Səngəçal terminalı vasitəsilə “Azəriqaz”a verilməsi alınan mavi yanacağın gündəlik həcminin 4-4,2 milyon kubmetr artmasına imkan yaratmışdır.
Rusiyanın “Qazeksport” şirkətindən idxal edilən qazın həcmi isə 4,5 milyard kubmetrə çatacaqdır. İdxal qazının əsas hissəsi əhalinin tələbatının ödənilməsinə yönəldilir. “Azərenerji”yə ilin əvvəlindən 700 milyon kubmetrdən çox qaz verilmişdir. 2006-cı ildə ARDNŞ-dən alınan mavi yanacağın həcmi 5,1 milyard kubmetr proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]