YEREVANDA AMERİKALI İNGİLİS DİLİ MÜƏLLİMİ ÖLDÜRÜLMÜŞDÜR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, mayın 18-də gecə Yerevanın mərkəzində ABŞ vətəndaşı Coşua Heklants qeyri-müəyyən şəraitdə qətlə yetirilmişdir. Onun cəsədi Sayat-Nova prospektindəki evin həyətində tapılmışdır. O, Valeri Bryusov adına Yerevan Dövlət Dilçilik Universitetində ingilis dilini tədris edirdi. Qətl iti kəsici alətlə törədilmişdir.
ABŞ-ın Ermənistandakı səfirliyində hadisəni şərh etməkdən boyun qaçırmışlar.