Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yerin təkindən xəbər verənlər - Zəlzələlərin Tədqiqatı Bürosundan REPORTAJ VİDEO

Bakı, 3 fevral, Göyçək Mahmudlu, Ələkbər Baxşiyev, AZƏRTAC

Zəlzələlər yer qabığının tektonik hərəkətləri nəticəsində yaranan dağıdıcı təbii fəlakətlərdir. Yeraltı təkanların əvvəlcədən dəqiq proqnozlaşdırılması mümkün olmasa da, onların tədqiqi nəticəsində təhlükəsizlik tədbirləri gücləndirilir.Davamlı binaların tikilməsi, fövqəladə hallar planlarının hazırlanması və əhalinin düzgün davranış qaydalarını bilməsi insan itkilərinin qarşısını almağa kömək edir. Azərbaycan da seysmik cəhətdən fəal zonada yerləşdiyi üçün ölkəmizdə seysmoloji tədqiqatlar mühüm elmi və praktiki əhəmiyyət daşıyır.

AZƏRTAC-ın müxbirləri ölkəmizdə zəlzələlərin tədqiqi prosesi ilə tanış olmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna yollanıblar.

Məlumatların emalı üçün 72 proqramdan istifadə olunur

Büronun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova fasiləsiz işlədiklərini və daxil olan məlumatların emalı üçün 72 proqramdan istifadə edildiyini deyib: "RSXM-də 84 seysmik stansiya fəaliyyət göstərir. Məlumatlar stansiyadan peyk vasitəsilə delta telekoma, oradan isə Zəlzələlərin Tədqiqatı Bürosuna daxil olur. Real zamanda seysmometrlər yerdə baş verən titrəyişləri seysmoqram şəklində yazır. Seysmoqramlar yer təki sakit olduğu halda düz və ya dalğavari xətlərdən ibarətdir. Xətlərin dalğavari formada olması yerin təkində baş verən mikroseysmlərlə əlaqədardır. Zəlzələlər qeydə alındıqda isə dalğanın gəlməsi ilə qruntun güclü titrəyişləri mikroseysmik fonda düz və ya dalğavari yazılışların seysmoqramdan kənara çıxmaları şəklində müşahidə olunur. Dalğa yazıları keyfiyyəti dalğaların hansı qruntda yerləşməsi və ya seysmometrin amplitud tezliyindən asılı olaraq xarakterizə edilir. Məlumatlar satellite vasitəsilə mərkəzə gəlir, burada yaradılmış data məlumat bazasına toplanır. Emal olunan məlumatlar bazaya toplanır və arxivləşdirilir. Arxivləşdirilən məlumatlar RSXM-in və İnformasiya Texnologiyaları İnstitutunun server yaddaşına göndərilir".

Ötən il 15 min 434 yeraltı təkan qeydə alınıb

Səidə İsmayılovanın sözlərinə görə, maqnitudası 3-dən böyük olan təkan qeydə alındıqda aidiyyəti qurumlara göndərilir: "Qafqaz regionu, o cümlədən Azərbaycan Alp-Himalay qurşağına daxil olduğu üçün yüksək seysmik aktivliklə səciyyələnir. Şamaxı-İsmayıllı, Talış zonası, Zaqatala-Balakən, Kiçik Qafqaz, Xəzər dənizi seysmik aktiv bölgələr sayılır. 2025-ci ildə ölkəmizdə 15 min 434 yeraltı təkan qeydə alınıb. Ötən il ən yüksək maqnitudalı zəlzələ Xəzərin mərkəzi hissəsində baş verib və maqnitudası 5 olub. Həmçinin Dağıstan ərazisində maqnitudası 5.4 olan təkan Azərbaycan ərazisində 4-3 bala qədər hiss olunub. Ötən il quru ərazidə ən yüksək maqnitudalı (ml-4) olan zəlzələ Şəkidə qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub. 2026-cı ilin ötən dövründə ümumilikdə 6 minə yaxın təkan qeydə alınıb. Bu müddət ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük 9 təkan qeydə alınıb ki, onlardan 3-ü hiss olunub. Hazırda seysmik cəhətdən aktiv olan zonalar - Şamaxı-Ağsu sərhədində, Talış zonası, Zaqatala ərazisində seysmik aktivliyin artımı müşahidə olunur. Ötən ay Şamaxı-Ağsu sərhədində qeydə alınan ən yüksək maqnitudalı zəlzələ 3,8 olub, episentrdə 4 bala qədər, ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub. Həmçinin Biləsuvar, Siyəzəndə də maqnitudası 3-dən yuxarı zəlzələ qeydə alınıb. Hazırda Azərbaycanda seysmiklik fon səviyyəsindədir. Xəzər akvatoriyasında güclü təkan qeydə alınmayıb".

Müsahibimiz büroda yerli, yaxın, uzaq zəlzələlərlə yanaşı, vulkan, sürüşmə və partlayışlarla bağlı məlumatların analiz olunduğunu və emal edildiyini bildirib.

Palçıq vulkanları ilə bağlı aktivləşmələr diqqətdə saxlanılır

Azərbaycan palçıq vulkanlarının ən sıx yayıldığı ərazilərdən biri olduğundan ölkəmizdə bununla bağlı da sistemli tədqiqatlar aparılır. Büroda bu sahə üzrə araşdırma aparan şöbəyə də baş çəkdik.

Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri Səbinə Kazımova deyib ki, dünyada 2 minə yaxın palçıq vulkanı var və onlardan 365-i Azərbaycan ərazisindədir: "Ölkəmizin həm quru, həm də dəniz hissəsinə palçıq vulkanları mövcuddur. Onlardan 8-i ada tipli palçıq vulkanlarıdır. Hər iki-üç ildən bir 2-3 püskürmə qeydə alınır. Şöbədə palçıq vulkanlarının monitorinqi aparılır. "Nanometriks" şirkətinin seysmik stansiyaları quraşdırılıb. Ümumiyyətlə, 2022-ci ildən etibarən Azərbaycan ərazisində palçıq vulkanlarının monitorinq sistemi fəaliyyət göstərir. Onlayn rejimdə şöbəyə məlumatlar ötürülür və burada emal olunur. Hər gün dalğalara baxılır. Stansiyalar yüksək həssaslığa malikdir və burada palçıq vulkanlarının baş verməsi, davamlılığı, püskürmənin dərinliyi, ayrılan enerji hesablanır. Palçıq vulkanlarından öncəki və sonrakı aktivləşmələr də diqqətdə saxlanılır. Məlumdur ki, güclü zəlzələlər palçıq vulkanlarının aktivləşməsinə təsir edir. Həmin məlumatlar da analiz olunur. 2025-ci ildə iki palçıq vulkanının püskürməsi qeydə alınıb. Ən aktiv vulkan Lökbatan palçıq vulkanıdır. İndiyə kimi 26 püskürmə qeydə alınıb. Ötən il həm Lökbatan, həm də Otman-Bozdağ vulkanları püskürüb".

Səbinə Kazımova bu ilin ötən dövründə cəmi bir - Hacıqabul rayonunda Durandağ palçıq vulkanının növbəti püskürməsinin qeydə alındığını və uzun illərdən sonra prosesin baş verdiyini deyib. Həmçinin hazırda palçıq vulkanları ilə bağlı vəziyyətin stabil olduğunu diqqətə çatdırıb.

Tektonik blokların hərəkətlənməsi qeydə alınır

Bürodakı geodinamika şöbəsinin laboratoriyasında isə tektonik blokların və piltələrin hərəkəti GPS stansiyalar vasitəsilə öyrənilir. Qeyd olunub ki, Azərbaycan ərazisi Avrasiya və Ərəb piltələrinin toqquşma zonasında yerləşir. Yəni bu, tektonik koliziya zonasıdır və hazırda gərgin vəziyyətdədir. Hazırda Azərbaycanda 22 GPS stansiya mövcuddur. Onların məlumatları ilə tektonik blokların istiqamətləri, horizontal yerdəyişmələri öyrənilir. Hazırda ölkəmizdə tektonik bloklar şimal-şərq istiqamətində hərəkət edir. İldə təxminən 8-10 millimetr hərəkətlənmə qeydə alınır. Həmin tektonik blokların hərəkətləri nəticəsində zəlzələlər baş verir.

Yerin təkində gedən proseslərin dəqiq öyrənilməsi üçün seysmik cihazların düzgün quraşdırılması və onlara nəzarət mühüm əhəmiyyət kəsb edir. Bu vacib missiyanı büronun episentral şöbəsi həyata keçirir. Şöbənin mütəxəssisi Fərid Məmmədəlizadə fəaliyyət istiqamətləri haqqında məlumat verərək bildirib ki, şöbənin əsas vəzifəsi seysmik cihazlara texniki nəzarətin aparılmasıdır. Belə ki, şöbə əməkdaşları seysmik cihazları ərazidə quraşdırır, onların proqram təminatını idarə edirlər.

 

Yerin təkindən xəbər verənlər - Zəlzələlərin Tədqiqatı Bürosundan REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib