YEVLAX RAYONUNDA YENİ MEŞƏ SAHƏLƏRİ SALINIR
Yevlax, 12 may (AZƏRTAC). “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”a uyğun olaraq Yevlax rayonunda yeni meşə sahələri salınır.
Yevlax rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən bildirmişlər ki, artıq 46 hektar sahədə yeni meşə sahələri salınmış, 62 hektarda bərpa işləri aparılmış, kökləndirmək üçün 0,5 hektar sahədə 25 min ədəd qələm basdırılmışdır. 75 sot sahədə Eldar şamı və sərv ağaclarından ibarət böyütmə sahəsi yaradılmış, 1 hektar sahədə tinglik səpini aparılmışdır.
İlin sonunadək 100 hektar sahədə meşə salınması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]