Yevlaxda abadlıq-quruculuq işləri davam etdirilir
Yevlax, 3 aprel, AZƏRTAC
Yevlax şəhərində küçələrin, məhəllə və binaların, yolların və səkilərin əsaslı təmir olunması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində səki daşları düzülüb, 380 kvadratmetr səki üzlük daşı ilə təmir olunub. Şəhərin Qanboy Quliyev, Cəfər Cabbarlı küçələrində yerləşən binaların əhatəsindəki məhəllədaxili yollara 1400 kvadratmetrdən çox asfalt vurulub, 1600 poqonmetr səki daşları düzülüb. Bundan başqa, M.Ə.Rəsulzadə küçəsinə 5000 kvadratmetr yeni asfalt örtüyü döşənib.
Yevlax şəhərində yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində də işlər həyata keçirilir.