Yevlaxda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Yevlax rayonunun Aran qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı həmin məntəqələrdə heyvan kəsiminin antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi aşkarlanıb.
Bununla əlaqədar olaraq qeyri-qanuni fəaliyyət göstərən kəsim yerlərində yol kənarında qurulmuş və qanunsuz heyvan kəsimində istifadə olunan dəmir qurğular ləğv edilib. Qeyri-qanuni kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə göstəriş verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]