Yevlaxda şəhid ailələri ziyarət edilib
Yevlax, 18 mart, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının məsul əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı şəhid ailələrinə bayram sovqatları çatdırılıb, ailələrin azyaşlı üzvlərinə hədiyyələr verilib. Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.