Yığma üzvü: Azərbaycan xalqı bizə inansın, Olimpiadaya vəsiqə qazanmaq üçün hər şey edəcəyik
Bakı, 11 mart, AZƏRTAC
“Mənim üçün hansı rəqibə qarşı oynamağın heç bir fərqi yoxdur”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın basketbolçulardan ibarət 3x3 Azərbaycan millisinin üzvü Dina Ulyanova yığmanın “Paris-2024” Yay Olimpiya Oyunları üçün mübarizə aparacağı təsnifat oyunları barədə danışarkən deyib.
35 yaşlı basketbolçu Olimpiadaya vəsiqə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: “Hər bir oyuna ciddi hazırlaşacağıq. İlk təsnifat mərhələsində Niderland, Monqolustan və Çili komandaları ilə qarşılaşacağıq. Bütün rəqiblər güclüdür. Hər qrupdan iki kollektiv yarımfinala yüksələcək və finalda qalib olan yığma “Paris-2024”ə vəsiqə əldə edəcək. İndi fikrimizi Honq-Konqda baş tutacaq oyunlara yönəltmişik”.
O, komandaya inandığını söyləyib: “Biz qalib gəlmək üçün hər şey edəcəyik. Azərbaycan xalqı bizə inansın”.
Qeyd edək ki, ilk təsnifat oyunları aprelin 12-14-də keçiriləcək. Səkkiz komanda arasında təşkil olunacaq ilk təsnifat matçlarında Azərbaycan millisi çempion olarsa, Olimpiadaya vəsiqəni təmin edəcək və artıq ikinci təsnifat oyunlarında iştirak etməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]