Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması daim diqqət mərkəzindədir

Bakı, 22 fevral (AZƏRTAC). 22 fevral - avtomobil yolları işçilərinin peşə bayramı günü Prezident İlham Əliyevin 2008-ci il 20 fevral tarixli Sərəncamı ilə qeyd olunur. Əbəs yerə deyil ki, “Yol mədəniyyətdir” deyən ümummilli liderimiz Heydər Əliyev avtomobil yollarının yenidən qurulmasına xüsusi önəm vermiş, həyata keçirilən işləri daim nəzarətdə saxlamışdır. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin də bu sahəyə xüsusi diqqət və qayğısı sayəsində ölkənin dörd bir tərəfinə uzanan avtomobil yolları müasir standartlar səviyyəsində yenidən qurulur, yeni yollar salınır.

Ümumiyyətlə, ölkənin ümumi istifadədə olan 18 min 986 kilometr avtomobil yolunun 17 min 513 kilometrinə Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəryolservis” ASC tərəfindən xidmət göstərilir. Onun 4 min 366 kilometri respublika əhəmiyyətli, 13 min 147 kilometri yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1230-a yaxın 43 min 562 metr uzunluğunda körpülər vardır. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1525 kilometr təşkil edir

Dövlətin bu sahəyə göstərdiyi qayğı sayəsində son 8 ildə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 2 min 822 müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşını, avadanlıq və qurğu alınmışdır. O cümlədən ümumi gücü saatda 2 min tondan çox olan 30-a yaxın asfalt-beton zavodu istifadəyə verilmişdir. 2003-2011-ci illərdə respublikada tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 6 min 240 kilometrdən artıq olmuşdur. Bu dövrdə ümumi uzunluğu 18 min metr olan 160-a yaxın körpü tikilərək istifadəyə verilmişdir.

Vaxtilə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dünya əhəmiyyətli “İpək yolu” layihəsinin reallaşdırılması istiqamətində uğurlu addımlar atılmışdır. Sözügedən layihə “Şərq-Qərb” nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Artıq Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt hissəsinin yenidən inşa edilmiş 4-14-cü kilometrlik sahəsinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Yevlax-Gəncə, Gəncə-Qazax, Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissələrinin ölkəmizin başçısının iştirakı ilə açılışı olmuşdur. Hazırda yolun Bakı-Ələt, Gəncə dairəvi hissələri ilə yanaşı, Yevlax-Gəncə, Hacıqabul-Kürdəmir hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.

Bakını Rusiya dövlət sərhədi ilə birləşdirən yol, hərəkətin intensiv olduğu magistrallardan biri sayılır. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu magistral Avropa və Asiya marşrutlarına daxil olmaqla respublikanın Şimal sərhədinə çıxışı təmin edir. Ümumi uzunluğu 208 kilometr olan magistralın artıq 6-16 kilometr hissəsi asfalt-beton , 16-134 kilometr hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulmuş, eyni zamanda, magistralın 28-45-ci (Sumqayıt dairəvi), 131-165-ci kilometrlik (Gəndob-Quba) hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində uzunluğu 540 metr olan körpünün tikintisi işləri başa çatdırılmışdır. Gəndob-Samur-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin (59,6 kilometr) 4 zolaqlı hərəkət üçün yeni trass üzrə tikinti işləri hazırda davam etdirilir.

“Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçən hissələrinin əsasını təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulmasına başlanılmışdır. Bu yol respublikanın cənub və qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə hər iki istiqamətdə məsafəni 100 kilometrə qədər qısaldacaqdır.

Dövlətimizin başçısının Sərəncamı ilə daha bir beynəlxalq əhəmiyyətli Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (M-3) avtomobil yolu da yenidən qurulur. Paytaxtı İran sərhədi ilə birləşdirəcək bu magistralın 0-9, 9-31-ci kilometrlik sahələri və Biləsuvar dairəvi adlanan 10,6 kilometrlik hissəsi Prezident İlham Əliyevin iştirakı ilə istismara verilmişdir. Hazırda magistralın Yenikənd-Salyan, Salyan-Şorsulu, Masallı-Astara hissələrinin və Salyan şəhərində Kür çayı üzərində körpü keçidinin tikintisi işləri gedir.

Respublikanın yol şəbəkəsində mühüm rol oynayan və iri həcmli tikinti materialları yataqlarına məxsus regionda yük daşımalarında vacib əhəmiyyət daşıyan Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin cənub və cənub-qərb ərazilərində nəqliyyatın inkişafında çox önəmlidir. Hazırda magistralın Hacıqabul-Bulaqlı, Bulaqlı-Hacıqabul hissələrində yenidənqurma və Şirvan şəhərində yerləşən Kür çayı üzərində yeni tikinti işləri davam etdirilir.

Zəngin təbii-coğrafi üstünlüklərə və turizmin inkişafı üçün müstəsna əhəmiyyətə malik regionda iqtisadiyyatın və ümumilikdə nəqliyyat sisteminin daha səmərəli işləməsinə imkan verən magistrallardan biri də Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yoludur. Tikinti işləri çərçivəsində 119 kilometr hissə 2009-cu ilin noyabr ayında istismara verilmişdir. Hazırda 15-45-ci kilometrlik sahəsinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması və ümumi uzunluğu 144,8 kilometr təşkil edən Muğanlı-Yevlax hissəsinin tikintisi işləri davam etdirilir.

Ötən müddətdə respublika və yerli əhəmiyyətli yollarda da böyük həcmli təmir-tikinti işləri görülmüşdür. Demək olar ki, ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən yolların rahatlığı üçün konkret tədbirlər həyata keçirilmişdir. Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma yollarının yenidən qurulması, Qusar-Əniğ-Ləzə, İsmayıllı-Lahıc, Bəhramtəpə-Biləsuvar, Şamaxı-Göylərçöl-Padar, Aşağı Salahlı, Kəmərli, Şəki-Qax yollarında tikinti işlərinin davam etdirilməsi dövlətin bu sahəyə diqqətinin bariz nümunəsidir.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının icrası paytaxtın yol infrastrukturunun əsaslı dəyişikliyinə səbəb olmuşdur. Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binəqədi, Zığ dairəsi-Beynəlxalq Aeroport, Heydər Əliyev prospekti, Əzizbəyov dairəsi- Beynəlxalq Aeroport, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1 və digər prospekt və küçələrdə aparılan tikinti və yenidənqurma işləri avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə imkan yaratmışdır.

Paytaxtın yol infrastrukturunun yeniləşdirilməsi məqsədilə görülən işlərin davamı olaraq yeni yol qovşaqlarının, piyada keçidlərinin tikintisi uğurla davam etdirilmişdir. Dövlətimizin başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə tədbirlər planının təsdiq edilməsi haqında sərəncamları bu istiqamətdə çox mühüm addım olmuşdur. Əsasən paytaxtda nəqliyyatın intensiv olduğu müxtəlif ərazilərdə yol qovşaqlarının və piyada keçidlərinin inşasına başlanılmış, bu mühüm obyektlərin istifadəyə verilməsi üçün zəruri tədbirlər görülmüşdür. Artıq proqram çərçivəsində 2006-2011-ci illər ərzində 30-a yaxın yol qovşağı müasir tələblər səviyyəsində inşa olunaraq istifadəyə verilmişdir.

Keçən müddətdə Bakı şəhərində tikilən və yenidən qurulan piyada keçidlərinin sayı 54-ə çatdırılmışdır. Avtomobillərin hərəkətinin intensiv olduğu ərazilərdə yeni salınan keçidlər piyadaların təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, müasir dizaynı, ən müasir avadanlıqla təchizat baxımından paytaxt üçün çox mühüm yenilikdir.

Paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə görülən silsilə tədbirlərin davamı olaraq cənub və cənub-qərb istiqamətində nəqliyyatın şəhərə giriş-çıxışını asanlaşdırmaq məqsədilə Bakı-Ələt yolunun 2-4-cü kilometri, Bilgəh-Novxanı-Sumqayıt, Buzovna-Mərdəkan-Şüvəlan-Qala, Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolundan Qala stansiyasına və Sahilə gedən avtomobil yollarının, Neftçilər prospekti ilə Sərdar Səfərov küçəsinin kəsişməsində, Babək prospektində, Xocasən-Lökbatan avtomobil yolunun Xocasən qəsəbəsi ərazisində, Parlament prospektində, Şəhidlər xiyabanının qarşısında, Heydər Əliyev prospektində “Şəfa” stadionunun, Qara Qarayev prospektində “8-ci Kilometr” bazarının qarşısında piyada keçidlərinin, “Böyükşor” yol qovşağının 3-cü mərhələsi, Qələbə meydanında və Ziya Bünyadov prospektinin Əbdül Vahab Salamzadə, Alı Mustafayev, Hüseynbala Əliyev, Əhməd Rəcəbli, Müzəffər Nərimanov küçələri ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi işləri həyata keçirilir.

“Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma məhdud məsuliyyətli cəmiyyətləri (MMC) 1551 kilometr magistral, 1829 kilometr respublika əhəmiyyətli, ümumilikdə 3 min 380 kilometr avtomobil yolunun mühafizə zolağındakı yaşıllıqlara xidmət göstərir. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 852 min 503, o cümlədən 639 min 666 çoxillik ağac mövcuddur.

Bakı şəhəri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroport magistral avtomobil yolunun mühafizə zolağında 2009-2011-ci illərdə 60 min şam, zeytun, Şərq çinarı, göyüş, lapan, akasiya və digər növ meşə ağacı əkilmişdir. Ərazidəki yaşıllıqların suvarılması üçün artezian quyuları qazılmış, su anbarları tikilmiş, nasoslar quraşdırılmış, suvarma xətləri çəkilmişdir. Hazırda bu tinglik sahələrində 77 min 600 ağac və kol bitkisi yetişdirilir ki, bunlardan da bu ilin yaz əkin mövsümündə istifadə ediləcəkdir. Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən 14,8 hektar ərazidə yaradılmış 7 tinglik sahəsində mövcud 309 min 503 müxtəlif növ ağac və kol bitkisindən 231 min 903 ədədi əkin üçün istifadə edilmişdir. Yol Yaşıllaşdırma MMC-nin tinglik sahələrində 30 min müxtəlif növ gül kolu yetişdirilir ki, onların da əsasən paytaxt yollarının ayrıcı zolaqlarında, yolötürücü və yol qovşaqlarında əkilməsi nəzərdə tutulmuşdur.

Bakı-Tbilisi-Qars dəmir yolunun Marabda-Kartsaxi hissəsində tikinti işlərinin sürətləndirilməsi məqsədilə 2011-ci ilin iyulunda Gürcüstanda “Azəryolservis ASC-nin filialı yaradılmışdır. İşlərin daha da səmərəliliyini təmin etmək üçün layihə 4 mərhələ üzrə Marabda-Tetritskaro, Tetritskaro-Tsalka, Tsalka-Axalkalaki, Axalkalaki-Kartsaxi hissələrində aparılır. Hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq çətin təbii relyefdən, dağlıq və meşə ərazilərindən keçən yolun tikintisi tərtib olunmuş gərgin iş qrafikinə uyğun olaraq demək olar ki, bütün gün ərzində davam etdirilir.

Hazırda Bakı şəhərində yol şəbəkələri və küçə kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və yenidən qurulması, qəsəbə və kənd ərazilər də daxil olmaqla yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının reabilitasiyası və yenidən qurulması, yerli əhəmiyyətli yolların tikintisi, əsaslı təmiri, yeni körpülərin tikintisi üzrə layihələr həyata keçirilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb