YOL NƏQLİYYAT HADİSƏLƏRİNİN 45,1 FAİZİNİ PİYADALARIN VURULMASI TƏŞKİL ETMİŞDİR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, ilin əvvəlindən bəri respublika üzrə qeydə alınmış 2111 yol-nəqliyyat hadisəsinin 905-i sürət həddinin aşılması, 444-ü ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 171-i yolayrıclarını keçmə qaydalarının pozulması, 60-ı nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması və digər səbəblərdən baş vermişdir. Bu hadisələrin 45,1 faizini piyadaların vurulması təşkil etmişdir.