YOL-NƏQLİYYAT HADİSƏLƏRİNİN SAYI AZALMIŞDIR
Cari ilin yanvar-mart aylarında Azərbaycanda 438 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Bu 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, baş vermiş qəzalar nəticəsində 640 şəxs zərər çəkmiş, onların 22,5 faizi həlak olmuş, 77,5 faizi müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların sayı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2 nəfər azalmış, yaralananların sayı 15 nəfər artmışdır.