YOL-NƏQLİYYAT QƏZALARI ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində Sumqayıt şəhər sakini Siyavuş Nəbiyevin idarə etdiyi “KamAZ-5511” və Məşrif kənd sakini Süleyman Xəlilova məxsus “UAZ-469” avtomaşınları toqquşmuşdur. Nəticədə ikinci nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində ölmüş, xəsarət almış sərnişini, Siyəzən rayon sakini Adil İsmayılov xəstəxanaya yerləşdirilmişdir.
Ucar rayonunun Qazıqumlaq kəndində isə kənd sakini Ziyafət Hüseynov “VAZ-2107” markalı avtomaşınla həmkəndlisi Xanəhməd Abdullayevi vurmuşdur. Piyada hadisə yerində dünyasını dəyişmişdir.
Faktlarla bağlı cinayət işi açılmışdır.