YOL-NƏQLİYYAT QƏZASI ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Saatlı rayonu ərazisində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Rayon sakini Gülşad Aydınova məxsus “VAZ-21011” markalı və Əli Bayramlı şəhər sakini Elçin Balaoğlanovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə ikinci nəqliyyat vasitəsində olan bir sərnişin hadisə yerində ölmüşdür.
Faktla bağlı təhqiqat aparılır.