Yonhap: Şimali Koreya iki yaxınmənzilli ballistik raket buraxıb
Pekin, 15 iyun, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) Yapon dənizi istiqamətində iki yaxınmənzilli ballistik raket buraxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.
Qərargahdan bildirilib ki, raketlər yerli vaxtla saat 19:25-də və 19:37-də Pxenyanın Sunan adlı ərazisindən buraxılıb.
Yaponiyanın sahil mühafizə xidməti raketlərin dənizə düşdüyünü açıqlayıb. Bu, Şimali Koreyanın il ərzində 11-ci ballistik raket buraxılışıdır.
Seulda belə hesab edirlər ki, Şimali Koreyanın raket buraxılışları Cənubi Koreya ilə ABŞ-ın irimiqyaslı birgə təlimlərinə cavabdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]