YOXLAMA OYUNUNDA “NEFTÇI” 2:0 HESABI İLƏ QƏLƏBƏ QAZANMIŞDIR
Bakı, 5 avqust (AZƏRTAC). “Neftçi” futbol klubu Türkiyədəki təlim-məşq toplanışı zamanı növbəti yoxlama oyununu keçirmişdir. Komanda qardaş ölkədə hazırlıq keçən “Qəbələ” ilə qarşılaşmış və 2:0 hesabı ilə qalib gəlmişdir.
“Neftçi”nin üstünlüyü şəraitində keçən oyunda baş məşqçi Böyükağa Ağayev futbolçuların çoxuna şans vermişdir. Qarşılaşmadan sonra Türkiyənin “İnlas” xəbər agentliyinə müsahibə verən təcrübəli mütəxəssis əsas heyətin müəyyənləşməsi üçün bu oyunun vacibliyini bildirmişdir. Oyundan və nəticədən razı qaldığını söyləyən Ağayev demək olar ki, əsas heyət haqda yekun qərara gəldiyini də qeyd etmişdir.
“Neftçi” Türkiyədə sonuncu yoxlama oyununu avqustun 6-da keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]