YÜKSƏK OKTANLI BENZİN İSTEHSALI ARTIRILACAQDIR
Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda aşağı keyfiyyətli avtomobil benzinlərindən yüksək oktanlı benzinlər almaq üçün proqram hazırlanmışdır.
İnstitutun laboratoriya müdiri, texnika elmləri doktoru Azadə Hüseynova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu proqramın tətbiqi ölkəmizdə yüksək oktanlı benzin istehsalını daha da artıracaqdır.