Yunan polisi ölkədə karantin rejimini pozan vətəndaşlardan 4,2 milyon avro cərimə yığıb
Afina, 11 aprel, AZƏRTAC
Yunanıstan polisi koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilmiş karantin rejimini pozan vətəndaşlardan 4,2 milyon avro məbləğində cərimə yığıb. Martın 23-dən etibarən ölkədə 17 min 358 qanun pozuntusu qeydə alınıb. Polis əməkdaşları hər gün həm maşınları, həm də vətəndaşları yoxlayırlar. Qanun pozuntusu üçün cərimə 150 avrodur. Bundan əlavə, mağazalar, kafe, restoranlar və digər iaşə obyektlərindən 1,65 milyon avro cərimə yığılıb.
Qeyd edək ki, bir müddət öncə ölkənin Baş Naziri Kiriakos Mitsotakis vətəndaşları qanunu pozmamağa və evdə qalmağa çağırıb. O, qanunu pozanları yüksək cərimələr gözlədiyini bildirib. Eyni zamanda, Baş Nazir aprel ayının koronavirusla mübarizədə ən kritik ay olduğunu nəzərə çatdırıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]