Yunanıstanda ümummilli tətil ictimai nəqliyyatın işini pozub
Bakı, 20 noyabr, AZƏRTAC
Afinada ümummilli tətil səbəbindən ictimai nəqliyyatın fəaliyyəti dayanıb.
AZƏRTAC “Associated Press” agentliyinə istinadla xəbər verir ki, tətil nəticəsində Yunanıstanın materik hissəsini adalarla birləşdirən bərələrin hərəkətində də bir neçə saatlıq fasilə yaranıb.
Bildirilir ki, çərşənbə günü Yunanıstanda dövlət müəssisələri və özəl sektor işçiləri hökumətin fəaliyyətinə etiraz əlaməti olaraq 24 saatlıq tətil elan ediblər. Həmkarlar ittifaqları hakimiyyət orqanlarını inflyasiyanın artmasında və əhalinin həyat səviyyəsinin pisləşməsində günahlandırır.
Tətillərə tibb işçiləri və müəllimlər də qoşulub. Bu gün Afinada nümayişlərin keçiriləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]