Yunanıstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək
Ankara, 17 mart, AZƏRTAC
Yunanıstanın xarici işlər naziri Nikos Dendias aprelin 15-də Türkiyəyə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Nazir bildirib ki, həmkarı Nikos Dendias Türkiyəni ziyarət edəndən sonra onun da Yunanıstana səfəri nəzərdə tutulub.
Həmkarı Nikos Dendias ilə 2003-cü ildən bəri şəxsi dostluq münasibətləri olduğunu diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, beş illik fasilədən sonra İstanbulda keçirilmiş Türkiyə-Yunanıstan 61-ci məsləhətləşmə görüşü faydalı müzakirələrlə başa çatıb.
Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında bir sıra məsələlərdə, o cümlədən su sərhədlərinə dair gərginlik var. Türkiyə problemin beynəlxalq hüquq, eləcə də diplomatik yollarla müzakirələr əsasında həlli üçün əhəmiyyətli səylər göstərir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]