YUNESKO-DA QOBUSTAN QAYA TƏSVİRLƏRİNƏ DAİR FOTOSƏRGİ TƏŞKİL EDİLMİŞİR
Sərgidə Fərid Məmmədovun qayaüstü rəsmləri əks etdirən 55 fotosu nümayiş etdirilir.
Açılış mərasimində çıxış edən YUNESKO baş direktorunun xarici əlaqələr üzrə müavini Stenu Kol eramızdan 40 min il əvvəl daşlar üzərində həkk edilmiş rəsmlərin tarixilik baxımdan çox qiymətli olduğunu, Azərbaycanın bəşəriyyətin mədəniyyət tarixinə misilsiz töhfələr bəxş etdiyini bildirmiş, belə sərgilərin Avropa ilə Asiyanın yaxınlaşmasında müstəsna rol oynadığını xüsusi vurğulamışdır.
Ölkəmizin Fransadakı səfiri Eleonora Hüseynova sərginin təşkilinə şərait yaratmış YUNESKO-nun rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.
Mərasimdə Fransada akkreditə olunmuş səfirlər, YUNESKO-nun məsul əməkdaşları, paytaxt ictimaiyyətinin numayəndələri, Azərbaycan diasporunun üzvləri və Parisdə təhsil alan tələbələrimiz iştirak etmişlər. Onlara Qobustana aid broşürlər və səfirlik tərəfindən hazırlanmış açıqcalar paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:20]
Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO
- 30.09.2026 [19:05]