YUNESKO-NUN SİYAHISINA QAUDİNİN BARSELONADAKI ŞAH ƏSƏRLƏRİ DƏ ƏLAVƏ OLUNMUŞDUR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, YUNESKO-nun 1984-cü ildə bəşəriyyətin sərvəti elan etdiyi Barselona memarlığının Quel parkı, Quel sarayı və Kasa-Mila evi kimi şah əsərlərinə dahi memar Antonio Qaudinin əməyinin məhsulu olan daha 4 bina da əlavə olunmuşdur. Barselonada və onun ətrafında yerləşən və XIX əsrin sonu - XX əsrin əvvəlinə aid bu binalar dünya incəsənəti və memarlığının inkişafına misilsiz töhfədir. Bunlar Kasa-Visens evi, Milad fasadı və Müqəddəs Ailə kilsəsi, Kasa-Batlö evi və Quel Koloniyası kilsəsidir.
YUNESKO-nun bəşəriyyətin sərvəti elan etdiyi mədəni-tarixi obyektlərin sayına görə İspaniya dünyada ikinci yeri tutur. Dünya mədəniyyətinin inciləri sayılan 38 abidə İspaniyada yerləşir, İtaliyada isə 39 belə obyekt vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]