Yupp Haynkes yenidən “Bavariya” klubuna baş məşqçi təyin olunub
Bakı, 6 oktyabr, AZƏRTAC
Futbol mütəxəssisi 72 yaşlı Yupp Haynkes Almaniyanın “Bavariya” klubuna baş məşqçi təyin edilib.
AZƏRTAC xəbər verir ki, Münhen klubu bu haqda öz rəsmi saytında məlumat yayıb.
Tərəflər arasında 2018-ci il iyunun 30-dək müqavilə imzalanıb. Haynkes isə öz işinə oktyabrın 9-dan başlayacaq.
Klub rəhbərliyi əvvəlki baş məşqçi Karlo Ançelotti ilə sentyabrın 28-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “PSJ”yə 0:3 hesablı məğlubiyyətindən sonra yollarını ayırıb.
Qeyd edək ki, Haynkes 2013-cü ildə “Bavariya” klubu ilə Çempionlar Liqası və Almaniya kubokunun qalibi olduqdan sonra baş məşqçilik karyerasını bitirdiyini açıqlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]