Yuxarı Qarabağ kanalının daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır VİDEO
Bərdə, 2 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əraziyə FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, polis şöbəsinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları və texnikalar cəlb olunub. Hazırda su basmasının qarşısının alınması üçün bəndbərkitmə işləri aparılır. Həmçinin sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.