Zakir Abidov: Qardaşlaşmış şəhərlər institutu Özbəkistan-Azərbaycan strateji müttəfiqliyinə töhfələr verəcək
Bakı, 24 iyul, AZƏRTAC
Gələcəkdə Özbəkistan və Azərbaycan şəhər və regionlarının Birinci Forumunun keçirilməsi də təklif olunur. Hesab edilir ki, bu platforma regionlararası və bələdiyyələrarası əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək, yeni tərəfdaşlıqların qurulmasına və konkret birgə proqramların hazırlanmasına xidmət edəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qlobal Cənub QHT Platformasının üzvü, Özbəkistanın Qardaşlaşmış Şəhərlər Alyansının sədri Zakir Abidov deyib.
“Heç şübhəsiz, qardaşlaşmış şəhərlər institutu bundan sonra da xalqlar diplomatiyasının ən səmərəli vasitələrindən biri olaraq qarşılıqlı etimadın möhkəmlənməsinə, xalqlarımızın daha da yaxınlaşmasına və Özbəkistanla Azərbaycan arasında strateji müttəfiqliyin konkret praktiki nəticələrlə zənginləşməsinə töhfə verəcək”, - deyə Z.Abidov əlavə edib.
Müsahibənin tam variantı tezliklə yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:05]