Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zamanın çağırışı: innovasiyaların potensialı və təhsilin keyfiyyətinin yüksəldilməsində rolu

Bakı, 17 iyun (AZƏRTAC). Son vaxtlar ölkəmizdə təhsilə xüsusi önəm verilir, bu sahənin inkişafı üçün mühüm proqramlar, layihələr və digər tədbirlər reallaşdırılır.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bu sahənin hərtərəfli inkişafı üçün geniş üfüqlər açır.

Dövlət Strategiyasının tələblərinə uyğun olaraq, təhsillə bağlı geniş elmi-metodiki araşdırmalar aparılır, alim və mütəxəssislər, müəllimlər bu sahədə tətbiq edilən tədbirlər barədə öz fikir və düşüncələrini bölüşürlər.

Azərbaycan Müəllimlər İnstitutunun təhsildə innovasiya kabinetinin müdiri Dilguşə Süleymanovanın müvafiq sahə ilə bağlı araşdırmalarının nəticəsində qələmə alınmış “Zamanın çağırışı: innovasiyaların potensialı və təhsilin keyfiyyətinin yüksəldilməsində rolu” sərlövhəli analitik yazıda innovasiyaların potensialı və onun təhsildə tətbiqi barədə fikirlər əksini tapmışdır.

AZƏRTAC həmin yazını təqdim edir:

- Təhsil sistemdir, təhsil prosesdir, təhsil dəyərdir. Təhsilin dəyər olması milli-mədəni keyfiyyətlər: dil, mentalitet, milli bayramlar, adət-ənənələr kimi xüsusi göstəriciləri özündə ehtiva edir. Bu dəyərləri yaşadan və gələcək nəsillərə ötürən vasitə təhsildir. Təhsil insanların milli və bəşəri dəyərlərə yiyələnməsi prosesinin elə mühüm amilidir ki, bu məqamda ümummilli lider Heydər Əliyevin söylədiklərini bir epiqraf olaraq qəbul etməliyik: “İqtisadiyyatda, mədəniyyətdə, elmdə, həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan məktəbdir, təhsildir, müəllimdir”.

Təhsil sistemi özünün cəmiyyət qarşısındakı şərəfli və məsul vəzifəsini daha uğurla yerinə yetirmək üçün bütün potensial imkanlarını səfərbər etməli, qlobal dünyada zamanın bizi informasiya bolluğunda sıxdığı bir şəraitdə səriştəli kadrları ilə dəyişikliklərdə çeviklik göstərməli, innovasiyalara açıq olmalı, kurikulumlardan başlayaraq ən müasir veb-texnologiyalara qədər keçilən yola nəzər salaraq yaxşısını yaşatmalı, yenisini yaratmalıdır.

Bu prosesdə həqiqi olanla faydalı olan arasında bərabərlik işarəsi qoymaq, bəlkə də, mümkün deyil, amma faydalı olanı həqiqətə çevirmək mümkündür və bu mümkünlük də öz növbəsində təhsil sferasında kifayət qədər yer alan innovasiya potensialının öyrənilib üzə çıxarılmasını zamanın tələbi kimi qarşıya qoyur. Çünki bu potensialı müəyyənləşdirməklə biz artıq ən vacib, aktual bir problemin - keyfiyyətli, səriştəli mütəxəssis hazırlığının həyata keçirilməsinə nail oluruq. Əslində daha dəqiq ifadə etmiş olsam, innovasiya potensialının müəyyən edilməsinə müraciət etməyimin aktuallığı təhsil sahəsində çalışacaq mütəxəssislərin, pedaqoqların, digər işçilərin keyfiyyətli hazırlanmasının zərurəti kimi qəbul edilməsidir. İlk baxışda “potensial” bir kateqoriya olaraq güc qüvvə anlamında fizika, bir kəmiyyət mənası ifadə edən termin olaraq riyaziyyat, kimya, iqtisadiyyat, hərbi elmlərdə, sistemlər nəzəriyyəsində, daha sonra isə psixologiya və pedaqogikada da geniş işlənməyə başlamışdır. Deməli, informasiyaların bolluğu və innovasiyaların durmadan geniş meydan aldığı müasir dünyamızda təhsil sistemində yaranan yeniliklərə nəzər salmaq, təhsil obyektlərinin, subyektlərin potensial imkanlarını nəzərdən keçirmək, bununla da pedaqoji təhsilin, pedaqoqun, pedaqoji birliyin, təhsil müəssisəsinin yeniləşməsinə tələbatın əvvəlcədən müəyyənləşməsinə nail olmaqla idarəetmə mexanizminin düzgün fəaliyyətini həyata keçirmək mümkündür.

Mən sadəcə innovasiyaların potensialının zamanın çağırışına cavab olaraq təhsil sahəsindəki mövqeyinin ön plana çəkilməsinin əhəmiyyətinə diqqəti cəlb etmək istəyirəm. Bir çox mütəxəssislər milli və xarici təcrübəyə istinad edərək təhsildə yer alan “innovasiya potensialı” kateqoriyasını təhsilin mövcud olan ənənəvi və yenidən yaranmış tələblərinin təmin olunması məqsədilə mövcud sistemin faktiki qaydasının yeni vəziyyətə transformasiya olunması vəziyyəti kimi başa düşülməsini təklif edirlər. Bu təklifi qəbul etmiş olsaq belə, deməliyəm ki, innovasiyaların potensialı yalnız subyektin keyfiyyəti, peşəkarın şəxsiyyəti kimi deyil, eyni zamanda, müəssisənin, pedaqoji birliyin korporativ mədəniyyətinin - kollektiv subyektin də potensialı kimi nəzərdə tutulmalıdır. Bu zaman pedaqoji təhsilin müxtəlif formaları (formal, informal, qeyri-formal) və fasiləsiz olması kimi xüsusiyyətləri də innovativ potensialın müəyyənləşməsində diqqətdən qaçmamalıdır.

Biz bilirik ki, innovasiya dedikdə təhsil, tədris-təlim prosesinin gedişini və alınmış nəticələrin keyfiyyətini yüksəltmək məqsədilə həyata keçirilən yeni ideyalar, texnologiyalar, metodlar, vasitələr və əldə olunmuş nəticələr nəzərdə tutulur. Bu nəticələri innovasiyaların tətbiqi üzə çıxarır. On ildən artıq bir müddətdə əldə edilən, təhsilə gətirilən, nəzəri cəhətdən öyrənilib praktikada tətbiq edilən innovasiyaların siyahısına nəzər salsaq, onların daim artdığının və yeniləşdiyinin şahidi olarıq. Bu sırada ən öndə kurikulumlar, fəal - interaktiv təlim metodları, inklüziv təhsil, veb-texnologiyaları, İKT-dən istifadə bacarıqları, layihələrin idarə edilməsi, təhsilin ictimailəşməsi, riskin qiymətləndirilməsi, kadr ehtiyatlarının, insan resurslarının idarə olunması, korporativ mədəniyyətin formalaşdırılması, peşəkar özünütəkmilləşdirmə və vəzifədə irəliləmə üsulları və onlarla bu kimi innovasiyalar dayanır.

İnnovasiyaların potensialı təhsilin ən vacib tərəflərinin - ilk növbədə pedaqoqun - təhsilverənin, ikincisi, tədris müəssisəsinin, üçüncüsü isə rəhbərin, eyni zamanda, ərazi, bölgə üzrə təhsil sisteminin - bu üç vacib komponentin birliyi kimi öz keyfiyyətinin təmin olunmasına zəmanət verə bilər.

Gəlin, tərəflərin innovasiya potensialını ayrı-ayrılıqda qısa da olsa, araşdıraq.

Pedaqoqun innovasiya potensialı onun praktiki fəaliyyətində təzahür edir. Başqa sözlə, pedaqoqun yaradıcılığı onun potensialının məqsədyönlü surətdə həyata keçirilməsidir. Bu potensiala öz maraq və təsəvvürlərinin inkişaf etdirilməsi istəyi, həmçinin imkanı, yaranan problemlərin qeyri-ənənəvi həllinin tapılması, artıq təhsildə mövcud olan qeyri-standart yanaşmaların qəbul olunması və tətbiqi; yeni təsəvvürləri və ideyaları ümumiləşdirmək və üzə çıxarmaq, real təcrübədə layihələşdirmək, modelləşdirmək; mədəni-estetik inkişafetmə, təhsillilik, yeniliyə açıq olmaq, məlumatlılıq və mədəni sahədə özünü ifadə edə bilmə daxildir.

Bu sıranı artırmaq mümkündür. Hesab edirəm ki, digərləri məhz bu qeyd etdiklərimin tərkibindədir ki, bunlara təşəbbüskarlıq, hisslərin konstruktiv idarə olunması, kommunikativlik, İKT, sahibkarlıq, riskin qiymətləndirilməsi və s. amillər də daxildir.

Maraqlıdır ki, ikinci komponent olan korporativlik, kollektiv subyekt məhz pedaqoqların inovasiya potensialı ilə tamlanır və pedaqoq və pedaqoji birlik-pedaqoji kollektiv bir-biri ilə bağlıdır, qarşılıqlı əlaqədədir. Təhsil sistemində müəssisənin innovasiya fəaliyyətinə pedaqoji sistemə təhsilin keyfiyyətini artırmaq məqsədilə yeniliyin məqsədyönlü tətbiqi kimi baxırlar. Bu kontekstdən çıxış edərək deməliyəm ki, tədris müəssisəsinin innovasiya potensialı təhsilin keyfiyyətini yüksəltmək məqsədilə yeniliklər sisteminə lazım olan resursların düzgün idarə edilməsi ilə bağlıdır.

Bu resurslar hansılardır? Suala cavab axtarsaq, insan resurslarını ən çətin idarə olunan resurslar sırasında görə bilərik. Eyni zamanda, mütəxəssislər tərəfindən resurslar haqqında verilən belə bir təklifi də qəbul edə bilərik ki, “resursların potensialı pedaqoqun öz qabiliyyətini inkişaf etdirmək bacarığını və gələcəkdə daha yenilərini layihələşdirməyi nəzərdə tutan insan qabiliyyətinin tərəqqisi” kimi başa düşülür. Digər tərəfdən, resurslar üzrə innovasiya potensialı təşkilatın proqramlarının və pedaqoqların layihələrinin gerçəkləşdirilməsi hesabına məqsədlərə çatması üzrə innovasiya imkanlarının inteqrasiyasını nəzərdə tutur. Deməli, pedaqoji kollektivin innovasiya potensialı - pedaqoqların öz-özlərini inkişaf etdirmək, müstəqil öyrənməklə innovasiya ideyalarını, layihələrini, texnologiyalarını həyata keçirmək qabiliyyətidir. Pedaqoji kollektivin innovasiya potensialının inkişafı üçün iki istiqamətdə - müəssisə pedaqoqlarının inkişafı, onların digər aidiyyəti birliklər, kollektivlərlə əlaqələrinin inkişaf etdirilməsi yönündə fəaliyyətin aparılması vacibdir.

Pedaqoji kollektivlərin innovasiya potensialının müəyyən göstəricilərinin olması da keyfiyyətin təminatıdır. Bu göstəricilər aşağıdakılardır: pedaqoqların yeniliklərə açıq olması, əlbəttə, mobilliyin qorunması şərtilə, pedaqoqların yeniliklərlə məlumatlandırılması və onların yeniliyi qəbul etməyə hazır olması, pedaqoqların novatorluq səviyyəsi - innovativliyi, kommunikativ əlaqələrin inkişafı, İKT bacarıqlarının səviyyəsi, yaradıcı fəallığının, təşəbbüskarlığının, estetik-mədəni inkişafının səviyyəsi.

Bütün bu qeyd edilənlər pedaqoqun yaradıcı şəxsiyyətinin sinergetik amilləridir. Təcrübə göstərir ki, müəssisənin pedaqoji birliyinin innovasiya potensialının inkişafı o zaman uğurlu olur ki, innovasiya fəaliyyəti işin məzmununa, forma və üsullarına görə bir-birini əvəzləsin və bu əvəzlənmə ilə səciyyələnən dinamik bir proses kimi qurulsun. Pedaqoqlarda innovasiyaya qarşılıq, hazırolma və cavabvermə tədricən inkişaf etdirilsin, məhz pedaqoji təhsilin müxtəlif formaları sayəsində onlar yeniliyi qəbul və tətbiq etməyə hazır olsunlar.

Təhsildə innovasiyaların potensialının ən vacib üçüncü tərəfi olaraq müəssisə rəhbərinin, eyni zamanda, ərazi, bölgə üzrə təhsil sisteminin potensialı əsas götürülür. Həm də rəhbərin şəxsiyyətinin innovativliyi təyinedici rol oynayır. Bu mövqedən çıxış etsək, rəhbərin innovasiya potensialına mürəkkəb, polifunksiyalı struktur, innovativ idarəetmə qabiliyyətinə malik bir sistem kimi baxmalıyıq. Çünki rəhbərin innovasiya potensialı müəssisənin innovsiya proseslərini idarə edir, o cümlədən əməkdaşların fasiləsiz pedaqoji təhsilini idarə etmək imkanını təmin edir, şəxsiyyətin yeniləşmə, reflektor, innovasiya fəallığı qabiliyyəti (subyekt-subyekt, subyekt-obyekt), innovasiyalara münasibətini ifadə edən mühüm psixoloji amilləri dəyərləndirir və personalın müxtəlif layihələrdə iştirakına təminat verir.

İnnovasiyaların potensialı peşəkar-pedaqoji birliyin aldığı informasiya mənbələrindən də çox asılıdır. Bu sıraya monitorinq, proqnoz, statistik, demoqrafik, məkan və s. informasiyalar daxildir. Bu informasiyalar məhz pedaqoji kollektivin idarəedilməsini şərtləndirən mənbələrdir.

İnnovasiya potensialının inkişafına mane olan halları da nəzərdən keçirmək nəinki lazımdır, hətta vacibdir. Bunlara koqnitiv təfəkkür, müvəqqəti, sosial amillər aid ola bilər. İnnovasiyanın problemli sahəsini, həmçinin innovasiya potensialının dəyərləndirilməsi metodikası təşkil edir ki, onun da alətləri məcmusuna reytinq yanaşması, statistik metodlar və s. daxildir. Bütün yanaşmalar belə bir qənaətə gəlməyə əsas verməlidir ki, innovasiya potensialı təhsilin keyfiyyəti ilə düz asılılıqda olmalıdır. Ziddiyyət təşkil etməməlidir. Bu, innovasiya potensiallarının tərkib quruluşunu təşkil edən tərəflərin inkişaf dinamikasından asılıdır.

Tarixi reallıq göstərir ki, innovasiyalar qaçılmazdır və tərəqqi yolu məhz onların tətbiqindən keçir. Tərəqqi isə hər şeyi silib atmaq deyil, yenilikləri qavrayıb daha faydalı olanı əldə etmək, lazım olan retroinnovasiyaların belə yeni mexanizmlərini işləyib hazırlamaqdır.

Ölkəmizin təhsil sistemində həyata keçirilən tədbirlər, Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın təhsil işçilərinin qarşısına qoyduğu vəzifələr özlüyündə yeni yanaşmalar-fasiləsiz təhsil, ömürboyu təhsil, təhsilin müxtəlif formaları (formal, informal, qeyri-formal), İKT əsaslı təlim metodologiyası, rasionallaşdırma, distant təhsil, inklüziv təhsil, yaşlıların təhsili, əlavə təhsili, peşə ixtisas və regional-universal mərkəzlərin, komplekslərin, kampusların yaradılmasını ehtiva edir.

Bütün bunlar haqqında məlumata malik olmaq, nəzəri və praktik bilik əldə etmək məqsədilə institutlar, universitetlərarası öyrədici klasterlərin qurulması mexanizminin işlənib hazırlanması innovasiyalarla bağlı maarifləndirmə işini sürətləndirməyə, onların potensialını artırmağa və müqavimətləri əridərək zamanın çağırışına müvafiq yeni təhsil imici formalaşdırmağa xidmət edəcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb