Zaqatalada dən qarğıdalı istehsalı 232 ton artıb
Zaqatala, 17 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında qarğıdalı yığımı başa çatıb. Bu il rayonun torpaq mülkiyyətçiləri 3 min 536 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən ilə nisbətən 30 hektar artıb. Cari mövsümdə rayonda 19 min 970 ton dən qarğıdalı istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 232 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə qarğıdalı sahələrinin hər hektarından 56,5 sentner məhsul götürülüb.
Qeyd edək ki, zaqatalalı fermerlər ötənilki mövsümdə 3 min 506 hektar qarğıdalı sahəsindən 19 min 738 ton məhsul əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]